Mediasiya Şurası rüblük hesabatı təqdim etdi | SƏNƏD

   Mediasiya Şurası rüblük hesabatı təqdim etdi    | SƏNƏD
  18 Aprel 2024    Oxunub:2678
Mediasiya Şurası fəaliyyətə başladığı gündən yaratdığı ənənəyə sadiq qalaraq, 2024-cü ilin 1-ci rübünə dair Hesabatını təqdim edib.
Sənəddə mediasiya təşkilatlarının əlaqə vasitələri ilə bağlı məlumatlar, məxfiliyi qorumaqla hər bir mediasiya təşkilatı ilə əmək və mülki müqavilə əsasında işləyən mediatorların adlı siyahıları, baxdıqları işlərin və əldə etdikləri barışıq sazişlərinin sayı əks olunub.

Bununla yanaşı, mediasiya təşkilatlarına daxil olan işlər və onların mübahisə növü üzrə təsnifatı da ictimai diqqətə çatdırılır.


“Sevindirici haldır ki, 2024-cü ilin 1-ci rübündə uğurlu nəticəmiz 49,4% olub. Uğurlu nəticəmizə görə əməyi olan bütün mediatorlara və mediasiya təşkilatlarına təşəkkür edirik”. Bu sözləri Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov deyib.

Nadir Adilov Mediasiya Şurasının fəaliyyətinə dəstək verən KİV-lərə təşəkkür edərək bildirib ki, qurumun fəaliyyətilə bağlı cəmiyyətə hesabatlılıq prinsipinin qorunmasında onların böyük rolu var.






Teqlər: Mediasiya  





Xəbər lenti